367
Dünya 9 noyabr — 23:10

Türkiyədə hərbi sursatın partlaması nəticəsində 25 nəfər yaralanıb

Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursatın partlaması nəticəsində 25 hərbçi yaralanıb.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.

Xəbərlər