548
Dünya 9 noyabr — 15:35

Avstriyanın baş naziri ifşa edilmiş Rusiya kəşfiyyatçısı barədə

Avstriya hökuməti Rusiya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə həbs edilən istefada olan polkovniklə bağlı Kremldən şəffaf məlumatlar istəyib.

RİA “Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Avstriya Kansleri Sebastian Kurtz məlumat verib. 

“Səfir, daha doğrusu, müvəqqəti işlər vəkili, çünki səfirin özü hazırda Avstriyada deyil, XİN-ə dəvət olunub. Qalan bütün məsələləri avropalı tərəfdaşlarımızla müzakirə edəcəyik”, - o vurğulayıb.

Eyni zamanda Avstriya Müdafiə Nazirliyi də silahlı qüvvələrin istefada olan polkovnikinə dair yayılan xəbərləri təsdiqləyib.

“Hərbi Əks-Kəşfiyyat İdarəmiz beynəlxalq əməkdaşlıq çərçivəsində bu hadisəni ifşa edib. Belə ki, Avstriya ordusunun istefada olan polkovniki 1990-cu illərdən etibarən xəfiyyəliklə məşğul olaraq Rusiyaya məlumatlar ötürürmüş. Ona qarşı iş başlanılıb”, - Nazirliyin nümayəndəsi Mixayel Bauer “Twitter”də yazıb. 

Xatırladaq ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb. Hətta xəfiyyə qalmaqalına görə Avstriya xaric işlər naziri Karin Kneisl Rusiyaya səfərini təxirə salıb.

Xəbərlər