440
Dünya 14 sentyabr — 16:00

Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını çağırıb. Rusiya mətbuatı yazır ki, iclas zamanı əsas müzakirə mövzusu Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyət olub.

Təhlükəsizlik Şurasının üzvləri İdlib ətrafında çoxlu sayda terrorçuların toplaşması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bundan başqa, iclasda Rusiyanın daxili sosial-iqtisadi gündəliyi ilə aktual məsələlər müzakirə olunub.

Təhlükəsizlik Şurasıının iclasında V.Putinlə yanaşı Baş nazir Dmitri Medvedev, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Prezident Administrasiyanın rəhbəri Anton Vayno, Rusiya Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Daxili işlər naziri Vladimir Kolokoltsev, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Prezidentin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Xəbərlər