563
Dünya 14 sentyabr — 11:42

ABŞ-da qaz sızması: 35 ev partladı

ABŞ-ın Massaçusets ştatında qaz sızması nəticəsində 35 evdə partlayış baş verib və yanğın başlayıb.

Məlumatı “NBC News” yayıb.

Sızmaya səbəb kimi Lourens, Andover və Şimali Andover şəhərlərində qaz boru kəmərində təzyiqin artırılması göstərilib. Hadisə zamanı bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Hakimiyyət sakinlərə qazdan istifadəni dayandırmaq və insanların təxliyəsi ilə bağlı çağırışlar edib.

Xəbərlər