692
Dünya 10 avqust — 13:34

Putin Aktauda keçiriləcək Beşinci Xəzər zirvə görüşündə iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək Beşinci Xəzər zirvə görüşündə iştirak edəcək.

Virtualaz.org Kremlin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, zirvə görüşündə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Xəzər dənizində müxtəlif sahələrdə əməkdaşlığın vacib aspektlərini nəzərdən keçirəcəklər.

Zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanacaq. Qeyd edək ki, həmin sənəd üzərində iş 1996-cı ildən aparılır.

Xəbərlər