728
Dünya 9 avqust — 17:57

Sergey Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

"Rusiya-Türkiyə əlaqələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri - Suriya, Yaxın Şərq, Zaqafqaziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq", - M.Zaxarova söyləyib.

Xəbərlər