468
Dünya 11 iyul — 22:44

Türkiyə ordusu 17 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri 3 əyalətdə PKK terrorçularına qarşı hava əməliyyatları keçirib.

Türkiyə SQ-nin baş qərargahının bəyanatında bildirilir ki, hava əməliyyatları nəticəsində 17 PKK terrorçusu məhv edilib.

Bəyanatda deyilir: "Osmaniye, Şırnak və Diyarbakır əyalətlərində PKK terrorçularına qarşı hava əməliyyatları keçirilib. Hava əməliyyatları zamanı 17 terrorçu məhv edilib".

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Xəbərlər