297
Dünya 11 iyul — 20:36

Makedoniya NATO üzvlüyü üçün danışıqlara dəvət olundu

NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik”, - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi ilə bağlı razılaşma qüvvəyə mindikdən dərhal sonra Makedoniya NATO-nun 30-cu üzvü ola bilər.

Xəbərlər