412
Dünya 13 iyun — 21:12

Noyabrda Kaliforniya ştatının bölünməsi üzrə referendum keçiriləcək

ABŞ-ın Kaliforniya ştatı 3 yerə bölünə bilər. “Fox News” xəbər verir ki, noyabrın 6-da bununla bağlı referendum keçiriləcək.

Kaliforniyanın bölünməsi ideyası vençur investoru Timoti (Tim) Dreyperə məxsusdur. O, referendumun keçirilməsi üçün lazım olandan çox - 402 min imza toplayıb. Təklifə əsasən Kaliforniyanın mərkəzi, cənubi və şimali olmaqla, 3 hissəyə bölünməsi nəzərdə tutulur.

Lakin ştatda keçirilən rəy sorğusuna əsasən əhalinin 72%-i bölünmənin əleyhinədir. Hətta referendumda təklif qəbul olunsa belə, bunun ştatın hökuməti və ABŞ Konqresi tərəfindən təsdiqlənməsi tələb olunur.

Xəbərlər