416
Dünya 13 iyun — 19:00

Türkiyə PKK-ya qarşı İranla birləşir

Türkiyə İraqın şimalındakı Qəndil şəghərində PKK-ya qarşı mümkün hərbi əməliyyatlarla bağlı İranla danışıqlar aparır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Qəndildə əməliyyatlara dair İranla əlaqə saxlayırıq. "Kürdüstan İşçi Partiyası" (PKK) və "Kürdüstanın Azad Həyat Partiyası" (PKK-nın İrandakı qolu) onlar üçün də təhdiddir. Bu səbəbdən İranla əməkdaşlığı gücləndiririk. Biz regionun PKK-dan təmizlənməsinə səy göstəririk”, - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır. İraqın şimalında anti-terror əməliyyatları aparan Türkiyə Silahlı Qüvvələri artıq İraqın içərisinə doğru 27 kilometrədək irəliləyə bilib. Hərbi əmləiyyatların yekun hədəfi isə İraqın şimalındakı Qəndil şəhərini təmizləməkdir. Çünki PKK teror təşkilatının əsas yuvası Qəndil şəhərinin dağlıq ərazisində yerləşir və terrorçuların bütün koordinasiyaisı buradakı mərkəzdən idarə olunur.

Ankara PKK terrorçularına qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair ABŞ və İraq hakimiyyəti, o cümlədən İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə də müzakirələr aparır. Lakin İraqın baş naziri Heydər əl-İbadi bildirib ki, PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər.(azvision.az)

Xəbərlər