386
Dünya 16 may — 22:31

Tramp: "Şimali Koreya Sinqapur sammitinin ləğvi barədə heç bir məlumat verməyib"

"ABŞ iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli ikitərəfli sammitin ləğvinə dair Şimali Koreyadan məlumat almayıb".  

RİA “Novosti" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

"Bizi məlumatlandırmayıblar. Biz heç bir məlumat almamışıq. Görək, nə olacaq", - Tramp jurnalistlərə açıqlamasında deyib. 

Bir qədər öncə Ağ Evin mətbuat katibi Sara Sanders "Fox News" telekanalına müsahibəsində deyib ki, KİV-lərin məlumatına baxmayaraq, ABŞ ümid edir ki, Donald Trampla Kim Çen Inın görüşü baş tutacaq. 

Xəbərlər