390
Dünya 16 may — 01:18

Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdi

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

ABŞ prezidenti bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir: "Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər".

Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edir. "Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək", - deyə Tramp vurğulayıb.(“Report”)

Xəbərlər