565
Dünya 15 may — 21:38

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

İranın Mərkəzi Bankının sədri Vəliyulla Seyfin adı ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

RIA Novosti xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Seyfin İran İnqilab Keşikçiləri Korpusunu dəstəklədiyinə görə “qara siyahı”ya daxil edildiyi bildirilir.

Bundan başqa sanskiya siyahısına bir İran və bir İraq vətəndaşının adları əlavə olunub.

Livan vətəndaşının adı isə siyahıya ABŞ-ın terrorçu qruplaşma hesab etdiyi İranyönümlü “Hizbullah” hərəkatını dəstəklədiyinə görə daxil edilib.

Xəbərlər