421
Dünya 17 aprel — 15:22

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı əməliyyat

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib.

Bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib.

Dəstə üzvləri silah və əldədüzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar. Dəstə başçısı Rostovda keçirilən xüsusi əməliyyat zamanı müqavimət göstərib və əlində olan partlayıcı qurğunu işə salıb. Nəticədə terrorçu ölümcül xəsarət alıb.

Dəstənin digər 3 üzvü saxlanılıb.

Əməliyyat axtarış tədbirləri davam edir.(APA)

Xəbərlər