461
Dünya 14 fevral — 21:17

ABŞ Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərcləyib?

ABŞ prezidenti Donald Tramp ölkəsinin son 17 ildə Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərclədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu müddət ərzində ABŞ-ın 7 trilyon dollar vəsait xərclədiyini və bunun böyük səhv olduğunu deyib: “ABŞ 17 il öncə heç də ağıllı hərəkət etmədən Yaxın Şərqə girib. İndi oradakı vəziyyət 17 il öncəkindən daha pisdir”.

Qeyd edək ki, Tramp prezident seçilməmişdən öncə İraqın işğalını “böyük bir səhv” adlandırmış, ölkəsinin Yaxın Şərqə hərbi müdaxiləsindən şikayətlənmişdi. Prezident seçildikdən sonra isə Suriyadakı əməliyyatları genişləndirdi.

 

Xəbərlər