295
Dünya 14 fevral — 18:32

ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma

ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Bir nəfər saxlanılıb.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Xəbərlər