746
Dünya 14 fevral — 20:34

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, - M.Saakaşvili yazıb.

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

***16:45

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Niderlanda gəlib.

Virtualaz.org “nu.nl” nəşrinə istinadən xəbər verir ki, Saakaşvili “Sxiphol” hava limanına çərşənbə günü, fevralın 14-də gəlib.

Sabiq prezident Niderland vətəndaşı Sandra Rulofsla evlidir.

Xatırladaq ki, fevralın 12-də Saakaşvili Ukraynadan Polşaya ekstradisiya olunub. O, Ukrayna hakimiyyətinin qərarından məhkəməyə şikayətlə müraciət edib.

Xəbərlər