877
Dünya 13 fevral — 20:46

Putinlə bağlı yalanına görə Niderlandın xarici işlər naziri istefa verib

Niderlandın xarici işlər naziri Halbe Zeylstra istefa verib. Virtualaz.org “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, buna səbəb nazirin guya 2006-cı ildə Vladimir Putinlə görüşməsi ilə bağlı dediyi yalan olub.

“Niderland hər hansı şübhə doğurmayan nazirə layiqdir”, - istefa qərarından əvvəl ölkənin XİN başçısı belə deyib.

Zeylstra bundan bir neçə gün öncə çıxış edərək bildirmişdi ki, 2006-cı ildə Putinlə görüşüb. Guya həmin görüşdə Rusiya prezidenti bəyan edib ki, Belarusu, Ukraynanı və Pribaltikanı Böyük Rusiyanın bir hissəsi kimi görür.

 

Xəbərlər