188
Dünya 14 yanvar — 17:51

Peruda zəlzələdən sonra sunami təhlükəsi elan edildi

Bu gün Peru sahillərində 7,3 maqnitudalı zəlzələ baş verib.

Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 4.18 radələrində Akari qəsəbəsindən 31 km cənub-qərbdə, Yauka şəhərindən 19 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində bir nəfərin öldüyü, 20-yə yaxın insanın xəsarət aldığı və çoxlu sayda yaşayış evinin dağıldığı bildirilir.

Bir az əvvəl isə ABŞ-ın Sakit okean üzrə Xəbərdarlıq Mərkəzi Peru sahillərində güclü zəlzələdən sonra sunami təhlükəsi elan edib.

Peru sahilləri 0,3 metrdən 1 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə üzləşib.

Xəbərlər