298
Dünya 14 yanvar — 15:27

Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub

Şərqi Çin dənizində Honkonqa məxsus CF CRISTAL yük tankeri ilə toqquşan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub.

Virtualaz.org-un məlumatına görə, bu barədə İRNA agentliyinə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin baş direktoru Məhəmməd Rastad deyib.

“CF CRISTAL-ın heyət üzvləri və Çin xilasedicilərinin təqdim etdiyi məlumatlara əsasən, təəssüf ki, İran tankerinin bütün üzvləri toksik qazların təsiri və güclü partlayış nəticəsində hadisədən sonra keçən ilk saatlarda həlak olub”,- deyə İran rəsmisi bildirib.

O əlavə edib ki, baş vermiş yanğını söndürərək İran dənizçilərini xilas etmək cəhdləri, davam edən partlayışlara görə, uğursuz olub.

Xatırladaq ki, yanvarın 6-da axşam İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən SANCHI tankeri Honkonqa məxsus CF CRYSTAL yük gəmisi ilə toqquşub. Yük gəmisinin göyərtəsində olan 21 nəfər xilas edilib. Tankerin göyərtəsində isə 30 İran və 2 Banqladeş vətəndaşı olub. Tankerdə 136 min ton qaz kondensatı var imiş...

Xəbərlər