371
Dünya 14 yanvar — 01:07

Yaponiyada yağan güclü qar nəticəsində iki nəfər həlak olub

Yaponiyanın qərbinə yağan güclü qar nəticəsində ən azı iki nəfər həlak olub, 16 nəfər xəsarət alıb. Bu barədə NHK telekanalı yanvarın 13-də yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İnsanların həlak olması ilə nəticələnən bədbəxt hadisələr Hönşü adasının qərbində yerləşən Fukui və İşikava prefekturalarında baş verib. Daha çox xəsarət alanlar isə İşikava prefekturasında qeydə alınıb. Həmin prefekturada 11 nəfərin xəsarət aldığı bildirilir.

Ölkənin bəzi rayonlarında qarın qalınlığı 80 santimetrə çatıb ki, bu da ictimai nəqliyyatın hərəkətində problemlər yaradıb. Hokkaydo adasında ali məktəblərə qəbul imtahanı verənləri imtahanların keçirildiyi binaya çatdırmaq üçün polisin imkanlarından istifadə edilib.

Xəbərlər