289
Dünya 14 yanvar — 00:38

Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub

Havay adaları sakinlərinin mobil telefonlarına ballistik raket hücumu təhlükəsi barədə xəbərdarlıq göndərilib. Sonradan məlum olub ki, həyəcan yalandır.

"Bloomberg" xəbər verir ki, məlumat səhvən yayılıb.

Həyəcan mətnində insanlara "təcili sığınacaq tapmaq" təklif olunub. Bir müddətdən sonra ştat rəhbərliyi həyəcanın səhvən göndərildiyini məlumat verib.

Xəbərlər