369
Dünya 13 yanvar — 21:14

Miloş Zeman prezident seçkilərinin ilk turunda qalib gəlib

Çexiyanın hazırki Prezidenti Miloş Zeman səsvermənin ilkin nəticələrinin hesablanmasından sonra 39,1 faiz səs toplayaraq prezidet seçkilərinin ilk turunun qalibi olub.

Ikinci tura Miloş Zemandan başqa ilk turda 26,3 faiz səslə ikinci yeri tutan Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş keçib.

Məlumata əsasən, prezident seçkilərinin ikinci turu yanvar ayının 260-27-də keçiriləcək. Prezident seçkilərində seçicilərin 61,16 faizi iştirak edib.

Xəbərlər