767
Dünya 13 yanvar — 00:57

“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi

“Femen” hərəkatının yarıçılpaq ukraynalı  fəalı Ancelina Diaş Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, videodan da göründüyü kimi, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ingilis dilində kobud söyüşlər söyə-söyə  ona tərəf cumur, kürəyindən itələməyə və səs verməsinə mane olmağa cəhd göstərir.

Amma prezident mühafizəsisi zirək tərpənərək hücum edəni saxlayır...

İnsidentdən sonra Zeman seçki məntəqəsinə qayıdaraq söyləyib ki, “Femen” hərəkatı fəalının hücum etməsi onun üçün böyük şərəfdir. Bununla belə, polis fəalı 48 saatlığına saxlayıb və ona qarşı  “xuliqanlıq” maddəsi üzrə ittiham irəli sürülüb. A.Diaşın tezliklə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

 

Xəbərlər