491
Dünya 7 dekabr — 20:30

Fələstin lideri xalqını silahlı müqavimətə çağırdı

Fələstin dövlətinin başçısı Mahmud Abbas xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb.

“Report” xəbər verir ki, Fələstin lideri bunu ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bildirib.

M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.

Hazırda Fələstinin bütün bölgələrində Donald Trampın qərarına etiraz olaraq aksiyalar keçirilir.

Xəbərlər