166
Dünya 7 dekabr — 17:00

İsrail İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir

İsrail İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir. Bu barədə AFP agentliyi məlumat yayıb.

İsrail ordusundan verilən açıqlamada vəziyyətin təhlil edilərək çox sayda hərbi qüvvənin İordan çayının qərb sahilinə cəb edilməsi barədə qərar qəbul edildiyi bildirilir.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Xəbərlər