847
Dünya 7 dekabr — 22:24

Putin Qüds məsələsində Ərdoğanı dəstəklədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə KİV-i xəbər verir ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub.

Prezidentlər söhbət zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını müzakirə ediblər.

Ərdoğan Trampın qərarının bölgədə sülh və sabitliyə mənfi təsir göstərəcəyini deyib. Putin Türkiyə prezidentinin fikirlərini dəstəklədiyini vurğulayıb.

Bundan əlavə prezidentlər iki ölkə arasındakı münasibətlər və regionlar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***11:55

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Trampın Qüdslə bağlı qərarını rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcək.

Virtualaz.org-un məlumatına görə, bunu Türkiyə prezidenti R.T. Ərdoğan bəyan edib.

O bildirib ki, ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarı regionda vəziyyətin qeyri-sabitləşməsinə istiqamətlənib. R.T.Ərdoğan onu da qeyd edib ki, bu məsələni Roma Papası və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donlad Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

Xəbərlər