564
Dünya 6 dekabr — 23:22

Saakaşvili: “Poroşenko Yeni ilədək postunu tərk edə bilər”

Ukrayna prezidenti Pyotr Poroşenko Yeni ilədək postunu tərk edə bilər.

Gazeta.ru yazır ki, bunu Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Kiyevdə keçirdiyi “xalq yığıncağı”nda (veçe) bəyan edib.

"Mən Poroşenkoya qarşı genişmiqyaslı, dinc şəkildə hücum hazırlamağı təklif edirəm. Mən sizi əmin edirəm ki, yaxşı çalışsaq, şansımız var ki, Yeni ili onsuz qarşılayaq”, - deyə M.Saakaşvili bildirib.

Bundan əvvəl Saakaşvili bildirib ki, silahdaşları Poroşenkonun impiçmenti üçün ölkə ərazisində imza toplamağa başlayıblar.

Xəbərlər