398
Dünya 15 noyabr — 11:20

Metroda qatarların toqquşması nəticəsində 23 nəfər yaralanıb

Sinqapurda metroda qatarlar toqquşub. Qatarların toqquşması nəticəsində 23 sərnişin xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir.

Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, hərəkətdə olan qatar dayanmış vaqonlara çırpılıb.

Sinqapur Metropoliten İdarəsi qəzanın "səhv" ucbatından baş verməsi barədə açıqlama yayıb.

Xəbərlər