344
Dünya 15 noyabr — 01:15

ABŞ-da məktəb yaxınlığında atışma

ABŞ-ın Kaliforniya ştatında məktəb yaxınlığında atışma olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə ştatın Ranço Texama şəhərciyindəki ibtidai sinif məktəbinin yaxınlığında baş verib. Naməlum şəxsin insanları atəşə tutması nəticəsində 5 nəfər həlak olub. Daha 7 nəfərin yaralandığı və onlardan 3-ünün uşaq olduğu bildirilir.

Hadisə yerində bir ədəd yarımavtomat tüfəng və iki tapança tapılıb.

Məlumatlarda o da qeyd olunur ki, atəş açan şəxs polis tərəfindən öldürülüb.

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

Xəbərlər