582
Dünya 14 noyabr — 22:50

Ruhani zəlzələ rayonunda Əhmədinejadı qınadı: “Onun tikdirdiyi binalar dağılıb”

Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani 12 noyabrda 7,3 bal gücündə zəlzələ olan Kirmanşaha ziyarət edib.

“Qafqazinfo” bildirir ki, H.Ruhani fəsadların aradan qaldırılması, xəsarət alanlara tibbi yardım göstərilməsi, evləri dağılanlara sığınacaqlar təşkil edilməsi barədə göstərişlər verib.

Dağılan evlərə və binalara baxış keçirən Ruhani, dağıntıların çox olmasında əsas səbəb kimi sabiq prezident Mahmud Əhmədinejadın dövründə keyfiyyətsiz binaların tikilməsini göstərib: “Həmin dövrdə sosial layihə çərçivəsində tikilən binalar yerlə-yeksan olub. Amma camaatın özü tikdiyi evlər sağlam qalıb. Demək ki, bu layihədə problemlər var”.

Xatırladaq ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə “Məskəni Mehr” adlandırılan sosial layihə çərçivəsində aztəminatlı ailələr üçün binalar tikilmişdi.

Onu da qeyd edək ki, zəlzələ nəticəsində 12 mindən çox ev dağılıb, 530 nəfər ölüb. Dağıntılar altında axtarışlar davam etdirilir.

*   *   *15:20

İran prezidenti Həsən Ruhani zəlzələnin törətdiyi ağır fəsadlarla yerində tanış olmaq üçün Kirmanşah şəhərinə gedib.

Zəlzələdən zərər çəkın insanlarla görüşən prezident onlara dövlət tərəfindən hər cür yardımın ediləcəyini bildirib.

Prezident İranın silahlı qüvvələrinə xilasetmə işlərində göstərdikləri şücaətə görə təşəkkür edib.

Kirmanşah vilayətinin rəhbərləri xilasetmə işləri və evləri dağılan ailələrə göstərilən kömək haqqında Həsən Ruhaniyə məlumat veriblər.

Xəbərlər