735
Dünya 12 oktyabr — 14:48

Əfsanəvi futbolçu ölkə prezidenti seçildi

Əfsanəvi futbolçu Corc Vea ölkəsinin başçısı seçilib.

RenTV xəbər verir ki, “Milan”ın sabiq ulduz hücumçusu Liberiyada prezident seçkilərində qalıb gəlib.

O, seçki prosesində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb.

1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib.

Qeyd edək ki, Corc Vea 1995-ci ildə “Qızıl top” mükafatını qazanıb. 3 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.

Xəbərlər