174
Dünya 7 oktyabr — 01:14

Sudana qarşı sanksiyaların bir hissəsi aradan qalxacaq

ABŞ administrasiyası yaxın günlərdə Sudana qarşı tətbiq edilən sanksiyaların bir qismini aradan qaldıracaq.

“İnterfaks” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertin bəyanatında deyilir.

Sanksiyaların  Sudan hökumətinin ölkə daxilində vəziyyətin normallaşdırılmasında əldə etdiyi nailiyyətlər sayəsində götürüləcəyi bildirilir. Sanksiyaların oktyabrın 12-də aradan qaldırılacağı məlum olub.

Bununla belə ABŞ Sudanı terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxarmaq niyyətində deyil. 

Xəbərlər