2845
Dünya 2 oktyabr — 19:59

Las-Veqas qırğını: ölənlərin sayı 58 nəfərə yüksəldi, 515 yaralı var

Amerika polisinin məlumatına görə, Las-Veqasda baş vermiş hadisə nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Başqa mənbələrə görə, 59 nəfər ölüb. Daha 515 nəfər yaralıdır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, şəhərin xəstəxanalarında boş yer qalmayıb. Hökumət xalqa könüllü qan vermələri üçün müraciət edib.

Yaralılardan 150 nəfərin vəziyyətinin kritik olduğu qeyd edilir.

*   *   *18:42

İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb. 

Türkiyə KİV xəbər verir ki, qruplaşma öz saytında yaydığı açıqlamada hadisəni törədən 64 yaşlı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib. 

Qeyd edək ki, ABŞ hadisəni terror aktı saymır. 

Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Nəticədə 50 nəfər ölüb, 406 nəfər yaralanıb. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub. 

*   *   *17:10

Las-Veqasda festivala toplaşan insan izdihamını atəşə tutan 64 yaşlı Stiven Paddok buna qədər mühakimə olunmayıb və heç hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib.

"ABC News" xəbər verir ki, S.Paddok Las-Veqasa yaxın ərazidə yaşayıb və ehtimal ki, mühasib və ya auditor vəzifəsində çalışıb.

Məlumata görə, onun ov etməyə icazəsi və pilot lisenziyası olub. Xəbər verdiyimiz kimi, S.Paddok öldürülüb.

Polis onun Merilu Denli adında qadın yoldaşını axtarır. Son məlumatlara görə, artıq onun gizləndiyi yer müəyyən edilib.

Amma hadisənin motivləri hələlik məlum deyil.

***14:49

ABŞ-ın Las-Veqas şəhərindəki “Mandalay Bay” mehmanxana kompleksində baş vermiş atışma nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Qeyd edək ki, hadisə nəticəsində 200-dən çox adam yaralanıb.

Las-Veqasdakı qırğın ABŞ tarixində ən kütləvi güllələnmə hadisəsi adlandırılıb.

*   *   *12:52

ABŞ-ın Las-Vegas şəhərindəki Mandalay Bay kazinosunda keçirilən musiqi festivalı zamanı silahlıların toplaşanlara atəş açmas nəticəsində ölənlərin sayı 20-dən çoxdur. virtualaz.org xəbər verir ki, bu barədə Amerika KİV-ləri polis mənbələrinə istinadən bildirir. Mənbələr yüzdən çox yaralı haqda məlumat verir.

Polisin bildirdiyinə görə yuxarı mərtəbələrdən birində mövqe tutmuş iki silahlı avtomatdan festivala toplaşanlara arası kəsilmədən atəş açıb. Silahlılardan birinin polislə atışmada öldürüldüyü bildirilir. Hakimiyyət hələlik hadisəin motivini açıqlamayıb, lakin baş verənlər İŞİD-in törətdiyi terror hücumlarının dəst-xəttini xatırladır.

virtualaz.org bildirir ki, erməni əsilli amerikalı milyonçu Den Bilzeryan Las-Vegasda silahlıların gülləbaran etdiyi kazinoda olub. O, hadisə anlarının videogörüntülərini paylaşıb.

*   *   *11:17

Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub. Polis insidentlə bağlı araşdırmaya başlayıb.

Son məlumata görə, atışma nəticəsində azı 20 nəfər xəsarət alıb.

Polisin yaydığı məlumatda qeyd olunur ki, "Mandalay Bay Casino" ətrafı nəzarətə götürülüb, artıq araşdırma başlayıb: "Sakinlərdən həmin rayon ərazisindən uzaq durmaları xahiş olunur".

Polis eləcə də, kazinoya yaxın yollarda hərəkətin məhdudlaşdırıldığını və yoxlamalar aparıldığını bildirib.

Xəbərlər