155
Dünya 13 sentyabr — 00:20

İspan polisi Barselonanın mərkəzində terrorçu axtarır

İspaniya polisi Barselona şəhərindəki “La Sagrada Familia” kilsəsinin yerləşdiyi ərazini mühasirəyə alıb.

Virtualaz.org bildirir ki, bu barədə Kataloniya polisi öz Twitter hesabında məlumat yayıb.

Şahidlərin dediyinə görə, çağırışla hadisə yerinə gələn polislər kilsə yaxınlığındakı şübhəli mikroavtobusa baxış keçiriblər.

Əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Əhali isə ərazidən uzaqlaşdırılıb.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri aparılır.

Xəbərlər