216
Dünya 12 sentyabr — 16:32

Rusiyada dövlət idarələrinə xarici mebel almaq qadağan edildi

Rusiyanın baş naziri Dmitri Medvedev imzaladığı sərəncamla iki il müddətinə dövlət sifarişləri ilə xarici mebellərin və taxtadan hazırlanmış əşyaların alışını qadağan edib.

Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, sərəncamın məqsədi xarici mebel alışının yerli məhsulların alışı ilə əvəzlənməsi və yerli istehsalçıların stimullaşdırılmasıdır.

Mənbə qeyd edir ki, yeganə istisna Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə ediləcək.

Xəbərlər