190
Dünya 12 sentyabr — 14:48

İranda avtobus aşdı

İranın Abəli şəhərində avtobus aşıb. Nəticədə 11 nəfər həlak olub, 28 nəfər xəsarət alıb.

Virtualaz.org İran KİV-ə istinadən bildirir ki, avtobus Kərəc-Sari marşruru ilə hərəkət edirmiş.

Polisin ilkin araşdırmasına əsasən, avtobus icazə verilən sürətlə (50 km/saat) hərəkət edib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Xəbərlər