229
Dünya 12 avqust — 22:42

Polşada əlverişsiz hava 4 nəfərin ölümünə səbəb olub

Polşada əlverişsiz hava nəticəsində 4 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb.

“AzərTAc” xəbər verir ki, həlak olanlar arasında iki uşaq var. Onlar Suşek şəhərində ağacların altında qalıb. Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.

Polşanın mərkəzində 500 min ailənin elektrik təchizatı kəsilib. Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Proqnozlara görə, güclü külək Polşanın regionlarında bir neçə gün davam edəcək. 

Xəbərlər