317
Dünya 12 avqust — 17:13

Donald Trampın reytinqi yüksəlib

ABŞ Prezidenti Donald Trampın reytinqi ona dəstək səviyyəsinin rekord dərəcədə aşağı düşdüyü keçən həftə ilə müqayisədə 6 faiz artıb. Bu barədə məlumat “Rasmussen Reports” tədqiqat xidmətinin sorğusunda öz əksini tapıb.

TASS xəbər verir ki, sorğuya əsasən, hazırda amerikalıların 45 faizi Trampın prezident postundakı fəaliyyətini müsbət qiymətləndirir.

Ötən həftə bu göstərici 39 faizdən artıq olmayıb. 

Bununla yanaşı, respondentlərin 53 faizi onun siyasətini uğursuz hesab edir. Onlardan 44 faizi isə dövlət başçısının fəaliyyətindən qəti narazıdır.

Qeyd edək ki, tədqiqat 3 gün ərzində telefon vasitəsilə həyata keçirilib və sorğuda təxminən 1,5 min nəfər iştirak edib.

Xəbərlər