81
Dünya 12 avqust — 16:44

Əfqanıstanda məscidə silahlı hücum baş verdi

Əfqanıstanın Təkhar şəhərində məscidə edilən silahlı hücumda 4 nəfər ölüb, 40 nəfər yaralanıb. Türkiyə mətbuatı yazır ki, şəhər təhlükəsizlik idraəsinin müdiri general Faqir Muhamməd Javzjan yerli milis bölməsinə aid olan terrorçunun məscidin içinə atəş açdığını bildirib. Atəş nəticəsində 4 nəfərin öldüyü və 40 nəfərin yaralandığı bildirilir.

Milis qüvvələri rəhbəri ilə məscidin axundu Maulvi Mafuz arasında ixtilaf olduğunu bildirən Javjan hücumun hədəfi olan Mafuzun yaralanmadan qurtulduğunu söyləyib.

Xəbərlər