1007
25 fevral — 13:20

Bütün dünyanın tanıdığı məşhur əfqan qız 30 il sonra - (Fotolar)

1985-ci ildə amerikalı fotoqraf Stiv MakKuri tərəfindən fotosu çəkilən əfqanıstanlı Şerbet Gualanın yeni fotosu yayılıb. Bu fotonun unikallığı ondadır ki, həmin qadın həyatında cəmi üç dəfə şəkil çəkdirib. Bu, onun üçüncü fotoşəklidir.

Virtualaz.org saytı xəbər verir ki, 1985-ci ildə - Əfqanıstan müharibəsinin ən şiddətli vaxtlarında çəkilmiş foto ilə “National Geopraphic” jurnalının üz qabığında yer alan və bir andaca bütün dünyada məşhurlaşan əfqan qızın sonuncu fotosu bu günlərdə çəkilib. Şerbet bununla da yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, əfqan qız bu fotoya qədər həyatında yalnız iki dəfə şəkil çəkdirmişdi. Birinci fotoşəkil Stiv MakKuri tərəfindən 1985-ci ildə, ikinci isə 2002-ci ildə çəkilib.

İlk fotosu ilə dünyada əfsanəyə çevrlilən Şerbet Gualanın üçüncü fotosu isə 30 il sonra - 2015-ci ildə hazırda yaşadığı Pakistanda şəxsiyyət vəsiqəsi alması üçün çəkilib.

1985, 2012 və 2015-ci illərdə çəkilmiş həmin fotoları təqdim edirik:

Virtualaz.org

Xəbərlər