359
Cəmiyyət 17 iyul — 20:50

Canavarlar kəndə hücum etdi: qoyunları parçaladılar

Ağstafada canavarlar kəndə hücum edib.

“ARB TV” xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində baş verib. Yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Qoyunlardan 15-i ölüb, 14-nə isə xəsarət yetirib. Kənd sakinləri bildiriblər ki, canavarlar kəndə əvvəllər də hücum ediblər. 

Xəbərlər