400
Cəmiyyət 17 iyul — 12:49

Bağça müdiri ilə müəllimənin məhkəmə çəkişməsi

38 saylı uşaq başçasının müəlliməsi Aynur Mahmudova bağça müdirəsi Sədaqət Qəhrəmanovaya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Bu barədə virtualaz.org saytına zərərçəkmişin nümayəndəsi Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, Aynur Mahmudova Əmək Məcəlləsinin 70-ci maddəsi ilə, yəni əmək funksiyalarını yerinə yetirməmək iddiası ilə işdən çıxarılıb. Yasamal Rayon Məhkəməsi işə bərpa ilə bağlı iddianı təmin edib. Bağça müdirəsi Sədaqət Qəhrəmanovanın qərardan verdiyi şikayət Bakı Apellyasiya və Ali Məhkəmədə rədd edilib.

S.Qəhrəmanova A.Mahmudovaya qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət verib. Bu şikayət də təmin olunmayıb. Bundan sonra müdirə müəlliməni müdafiə edən valideynə qarşı Xətai Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət verilib. Xətai Rayon Məhkəməsi şikayəti təmin etməyib.

Müdirənin müəllimə və valideynə qarşı şər və böhtan atılması iddiası üzrə növbəti şikayətinə iyulun 20-də baxılacaq.

Jalə

Virtualaz.org

Xəbərlər