308
Cəmiyyət 17 iyul — 11:28

Hündürlükdən yıxılaraq öldü

İyulun 17-də fəhlə tikintisi başa çatmış binada təmir işləri ilə məşğul olarkən hündürlükdən yıxılaraq ölüb. Hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 204 ünvanda (2 nömrəli Bakı Baza Tibb Kolleci ilə üzbəüz) baş verib.

Hadisə şahidləri virtualaz.org saytına bildiriblər ki, çoxsaylı xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından xəbəri təsdiqləyiblər. “Təxminən 40 yaşlı kişi hündürlükdən yığılaraq dünyasını dəyişib. Təcili yardım onun hadisə yerində dünyasını dəyişdiyini müəyyənləşdirib”, - stansiyadan söyləyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişi Xidmətindən isə onlara qəza ilə bağlı məlumat verilmədiyini bildiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Ülviyyə

Virtualaz.org

Xəbərlər