451
Cəmiyyət 19 iyun — 13:56

Ana və uşaqların sağlamlığı diqqət mərkəzində

İyunun 19-da Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ananın və körpənin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, simpoziumda “Sağlam ana, sağlam uşaq” mövzusunda müzakirələr aparılıb. İnstitutun rektoru, professor Nazim Qasımov bildirib ki, ana və uşaqların sağlamlığı ölkə üçün olduqca əhəmiyyətli məsələlərdən biridir və daim diqqət mərkəzindədir. "2014-cü ildə ana və uşaqların sağlamlığının qorunması məqsədilə Dövlət proqramı qəbul edilib, ölkənin 600 səhiyyə ocağında konstruksiya işi aparılıb”,-N.Qasımov deyib.

Rektorun sözlərinə görə, Talassemiya Mərkəzi, xəstəxana və poliklinikalarda ana və uşaqların sağlamlığının qorunması üçün tədbirlər həyata keçirilib. “Həkimlərimiz bu sahədə beynəlxalq təcrübələri, yenilikləri öyrənirlər. Səhiyyə Nazirliyi tərəfindən mütəxəssislər xarici ölkələrə göndərilirlər. İnstitutumuz beynəlxalq əməkdaşlığı gücləndirir, bir sıra tibb ocaqları ilə memorandumlar imzalanır”,-N.Qasımov əlavə edib.

Simpozium çərçivəsində professor Reyter Qrats həkimlər üçün seminar keçirib.

Ülviyyə

Foto Samirənindir

Virtualaz.org

Xəbərlər