159
Cəmiyyət 19 iyun — 11:26

Mali paytaxtında turist düşərgəsinə hücum

Malinin paytaxtı Bamako yaxınlığında turist düşərgəsinə silahlı hücum iki nəfərin ölümü ilə nəticələnib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, keçirilən xüsusi əməliyyat nəticəsində 36 girov silahlılardan azad edilib.

Xüsusi əməliyyat zamanı iki hərbçi həyatını itirib. Onlardan biri fransız-qabon mənşəlidir. Digər hərbçinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Silahlıların sayı barədə məlumat verilmir.

Xəbərlər