297
Cəmiyyət 19 may — 18:13

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Mayın 20-dən 21-dək Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günləri keçiriləcək.

Səfirlikdən virtualaz.org-a verilən məlumata görə, tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11:00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Eyni zamanda, Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluq), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər.

Tədbirin açılış mərasimi sabah saat 18:00-a təyin edilib.

Xəbərlər