489
Cəmiyyət 18 may — 13:43

Moskva Permyakovu Ermənistana verməkdən imtina etdi

Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdə təqsirləndirilən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

“Report”un xəbərinə görə, Ermənistanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda rəsmi Moskva Valeri Permyakovun ömürlük cəza çəkəcəyini vəd edib və onun azadlığa buraxılmayacağına zəmanət verib.

Xatırladaq ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinirdi. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açmışdı. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

Ermənistan məhkəməsi ötən il avqustun 23-də V.Permyakova ömürlük həbs cəzası verib.

Xəbərlər