586
Cəmiyyət 12 yanvar — 13:35

Neftçalada 18 yaşlı gənc intihar edib

Bu gün Neftçala rayonunun Aşağı Surra kəndində intihar hadisəsi baş verib.

Virualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 1999-cu ildə anadan olmuş kənd sakini Bəşirov Coşqun Ceyhun oğlunun asılmış meyiti keçmiş kolxozdan qalan istifadəsiz pambıq qəbulu məntəqəsində aşkarlanıb.

Coşqun Bəşirov səhər evdən heyvanlarını otarmaq üçün çıxıb. Bir müddət sonra telefon zənglərinə cavab vermədiyindən atası onun həmişə həmişə heyvan otardığı ərazini axtarıb və oğlunun asılmış meyitini tapıb.

Qeyd edək ki, atası taksi sürücüsü olan Coşqun Bəşirov ailənin yeganə oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Virtualaz.org

Xəbərlər