1043
Cəmiyyət 11 oktyabr — 12:19

Azərbaycanlı iş adamı taksidə 10 min dolları unutdu, sürücü onu tapıb pulu qaytardı

İstanbulda azərbaycanlı iş adamı “Uber” taksi xidmətindən sifariş verdiyi taksidə cibində 10 min dollar olan pencəyini unudub. Sürücü onu taparaq pulu geri qaytarıb.

Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Türkiyə mətbuatı yazır.

Bildirilir ki, Azərbaycandan bir müddət əvvəl iş qurmaq üçün Türkiyəyə gedən 40 yaşlı Tahir Məmmədov İstoç səmtindən taksi sifariş verib və Yenibosnada düşüb. O, maşından düşəndə cibində 10 min dollar olan pencəyini yaddan çıxarıb. Sürücü Yakup Bayıroğlu bir müddət sonra pencəyin maşında qaldığını görəndə azərbaycanlını axtarıb tapıb və pulu qaytarıb.

Sürücü danışır ki, sərnişin tələsik düşüb gedib. O da arxa oturacağa baxanda yaddan çıxmış pencəyi görüb. Pencəyin ciblərini axtaranda orada 10 min dollar olduğunu görüb. Amma sürücüyə zəng çatmayıb. Nəticədə  “Uber” sistemi üzərindən sistemdə bu barədə elan verib və iş adamı aeroportda olanda onunla əlaqə saxlamaq mümkün olub. “Görüşdük və pullarını təhvil verdim”-sürücü deyib.

Pulu taksidə unudan Tahir Məmmədov isə bunları bildirib: “Mən Yakup qardaşa təşəkkür edirəm. Azərbaycandan gəlmişəm. Bir millət, iki dövlətik. Hərkəsin başına belə şey gələ bilər, sağ olsun, Allah razı olsun, 10 min dollar unutmuşdum. Ticarətlə məşğul olduğumuz üçün pulu yanımda daşıyırdım. İndiki zəmanədə belə namuslu insanların qalmasına çox sevindim”.

Virtualaz.org

Xəbərlər